17 Noyabr 2022, 19:34
Xətai rayonunun bir hissəsində içməli suyun verilişi dayandırılıb
Xətai rayonunun bir hissəsində içməli suyun verilişi dayandırılıb şəkil
Xətai rayonunun bir hissəsində içməli suyun verilişi dayandırılıb

Xətai rayonunun bir hissəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar içməli suyun verilişində fasilə yaranıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Bildirilib ki, qəzaya görə Aşıq Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çingizxan Kərimov, Qədir Məmmədov, Məhsəti, Sadıqcan, Polad Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhmədli, 7-ci Əhmədliyə içməli suyun verilişi dayandırılıb.

Hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.

Son xəbərlər
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb