18 Noyabr 2022, 09:13
Polis Göyçayda əməliyyat keçirib, 7 nəfər saxlanılıb
Polis Göyçayda əməliyyat keçirib, 7 nəfər saxlanılıb şəkil
Polis Göyçayda əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Göyçayda bir gündə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan  və oğurluq cinayətləri törədən 7 nəfər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  Göyçay Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının və bank kartlarının oğurlanması barədə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Kənan Yəhyayev tutularaq istintaqa təhvil verilib. Şəxsi axtarış zamanı ondan oğurladığı bank kartları, eləcə də narkotik vasitə olan heroin, psixotrop maddə-metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı K.Yəhyayevin oğurladığı qızılları Mingəçevir şəhərində satdığı, narkotik vasitəni isə onlayn yolla xarici ölkə vətəndaşından aldığı müəyyən edilib. 
Baş Narkotiklərlə Mübarizə İdarəsi və polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyatlar nəticəsində isə  rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş 6 nəfər- Nicat Məmmədov, Orxan Abdurəhimli, Səxavət Qəhrəmanov, Əbülfət Bayramov, Bəxtiyar Mehdiyev və Nicat Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı saxlanılan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib
Bolqarıstan 2026-cı ildən avroya keçir
Gədəbəydə qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Pakistan XİN Azərbaycana təşəkkür edib - YENİLƏNİB