18 Noyabr 2022, 10:25
Lənkəranda 19 yaşlı gənc iş yoldaşı tərəfindən öldürülüb-YENİLƏNİB
Lənkəranda 19 yaşlı gənc iş yoldaşı tərəfindən  öldürülüb-YENİLƏNİB şəkil
Lənkəranda 19 yaşlı gənc iş yoldaşı tərəfindən öldürülüb-YENİLƏNİB

Noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Lənkəran rayon prokurorluğundan "Operativ Media"ya verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

 

***

10:20

Noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosid Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub. 


DİN-dən "Operativ Media" ya verilən xəbərə görə, araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosid Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib. 
Araşdırmalar davam etdirirlir.

Son xəbərlər
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib
Bolqarıstan 2026-cı ildən avroya keçir
Gədəbəydə qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB