18 Noyabr 2022, 10:56
FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib
FHN:  Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib şəkil
FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib, Tərtər rayonunun Hacıqərvənd kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər çıxarılıb, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub