Menyu

Xırdalanda mağazanın qarşısından 23 000 manatlıq avtomobil ehtiyat hissələri oğurlayanlar yaxalanıb

Nərmin Qocamanlı
Xırdalanda mağazanın qarşısından 23 000 manatlıq avtomobil ehtiyat hissələri oğurlayanlar yaxalanıb
1 dəq oxu

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindəki ticarət mərkəzlərindən birindəki mağazanın qarşısından 23.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.


DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Ənvər İmaməliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Səmədov müəyyən olunaraq saxlanılıblar. 


Araşdırma aparılır.

Əlaqəli Xəbərlər