"Operativ Media" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhbus, 1968-ci il təvəllüdlü İftixar Süleymanov qəfil vəfat edib. Onun infarkt səbəbindən öldüyü məlum olub.
Bildirilib ki, İ.Süleymanov əvvəllər dəfələrlə məhkum edilib. O, son olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulubmuş.