http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Yevlaxda 22 yaşlı qadının əri tərəfindən boğularaq öldürülməsi ilə bağlı cinayət işi açılıb-YENİLƏNİB

19 Noyabr 2022 , 10:09
Yevlaxda 22 yaşlı qadının əri tərəfindən boğularaq öldürülməsi ilə bağlı cinayət işi açılıb-YENİLƏNİB


Yevlax rayon prokurorluğunun məlumatı
Noyabrın 19-u saat 06 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

 

***

08:57

Noyabrın 18-də səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, araşdırmalarla 1993-ci il təvəllüdlü Anar Salmanovun həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı N.Salmanovanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
Menyu