http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Polis Bərdədə əməliyyat keçirib, 8 nəfər saxlanılıb

19 Noyabr 2022 , 09:22
Polis Bərdədə əməliyyat keçirib, 8 nəfər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və quldurluq əməli törətməkdə şübhəli bilinən ümumilikdə 8 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum edilmiş İsmayıl Həmidov saxlanılıb. Onun üzərində aparılan şəxsi baxış zamanı polietilen bükümlərdə qablaşdırılmış təmiz çəkisi 2 kiloqram 235 qram olan heroin və təmiz çəkisi 540 qram olan marixuana aşkar edilərək götürülüb. İ.Həmidovun əlbir olduğu şəxs və ya şəxslərin yerinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri ardıcıl tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər də saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində ümumilikdə 4 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar edilərək götürülüb.

Bundan başqa rayon ərazisində qadına qarşı quldurluq əməli törədən 1 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
Menyu