19 Noyabr 2022, 19:09
İstiqlal küçəsində törədilən terror aktından sonra daha 71 nəfər xəstəxanadan evə buraxılıb
İstiqlal küçəsində törədilən terror aktından sonra daha 71 nəfər xəstəxanadan evə buraxılıb şəkil
İstiqlal küçəsində törədilən terror aktından sonra daha 71 nəfər xəstəxanadan evə buraxılıb

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktından sonra 71 nəfər xəstəxanadan buraxılıb, 10 nəfərin müalicəsi davam edir.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə deyib.

"Səkkiz nəfərin müalicəsi palatalarda davam edir, ikisi isə reanimasiyadadır", - nazir tviterdə yazıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

Son xəbərlər
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb