19 Noyabr 2022, 21:59
Şəmkirdə 40 yaşlı kişi dəm qazından zəhərlənib
Şəmkirdə 40 yaşlı kişi dəm qazından zəhərlənib şəkil
Şəmkirdə 40 yaşlı kişi dəm qazından zəhərlənib

Şəmkirdə 40 yaşlı kişi dəm qazından zəhərələnək ölüb.

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. 40 yaşlı rayon sakini yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Operativ Media"ya bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini, 1982-cı il təvəllüdlü Abulrəhimov Elbrusun yaşadığı evdə dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırma zamanı məlum olub ki, E.Abulrəhimov hamamda dəm qazından boğulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər
Azərbaycan Premyer Liqası 4 pillə irəlilədi
Bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək
Sumqayıtda ev yanır
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib