Avstriya: İsrail və Livan sərhədində gərginliyin qarşısını almağa çağırırıq
"Livan-İsrail sərhədində silahlı toqquşmalar fonunda eskalasiyanın qarşısının alınmasını zəruri hesab edirik".
"Operativ Media" xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq "X"də paylaşım edib.
"Cənubi Livanda gərginliyin artması və qoşunlarımızın Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrində (UNIFIL) fəal iştirakı ilə əlaqədar mən vəziyyəti təhlil etmək üçün livanlı həmkarım Abdullah Bu Həbibə zəng etdim. Narahatam ki, digər tərəflər münaqişə fonunda yaranan fürsətdən istifadə edəcək. Biz regional eskalasiyaya dözə bilmərik", - Şallenberq yazıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net