Menyu

Xocavənddə 2 yük maşınının minaya düşməsi ilə bağlı araşdırma aparılır

Nərmin Qocamanlı
Xocavənddə 2 yük maşınının minaya düşməsi ilə bağlı araşdırma aparılır

Xocavənd rayonunda 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

Xocavənd rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. 

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər