Menyu

Avtobus zolaqlarının sayı artırıla bilər

Avtobus zolaqlarının sayı artırıla bilər

"Bəzi birtərəfli küçələrdə yalnız ictimai nəqliyyatın üstünlüyünü təşkil etməklə avtobus zolağı yaratmaq olar".

Bunu "Operativ Media"ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, görülən bütün tədbirlər kompleks şəklində planlı icra edilməlidir.

"Məhz Azadlıq prospektində Həsən Əliyev prospektindən sonra yalnız avtobusların hərəkətini təşkil etmək çox müsbət təsir edə bilər və ictimai nəqliyyatın daha sürətli olmasına gətirib çıxarar. Eynilə indiki Azərbaycan prospektində də bu növ həllərə ehtiyac var".

Rauf Ağamirzəyevin sözlərinə görə, ümumi avtobus dəhlizlər formasında zolağı təşkil olunmalıdır. 

"Bu dəhlizlərdən biri də Gəncə prospekti, Məhəmməd Hadi, Qara Qarayev, Ziya Bünyadov prospekti və oradan da Moskva prospektindən Avtovağzala doğru olan hissədir. Prospektlərdə bunu dəhliz formasında təşkil olunmasına ehtiyac var. Amma onunla yanaşı da sərt nəzarət olunmalıdır. Çünki o dəhlizlər işlədiyi müddətdə onlar ciddi bir sərnişin trafikini özünə cəlb edəcək və bununla da sərnişinlər çoxaldıqca dayanacaqda avtobusdan düşəndən sonra piyada hərəkət edəcəklər. Piyada infrastruktur da önəmlidir".

Teqlər:

"Avtobus zolaqlar\u0131n\u0131n say\u0131 art\u0131r\u0131la bil\u0259r"

Əlaqəli Xəbərlər