21 Noyabr 2022, 21:46
Ağcabədidə 26 yaşlı oğlan özünü yandırıb
Ağcabədidə 26 yaşlı oğlan özünü yandırıb şəkil
Ağcabədidə 26 yaşlı oğlan özünü yandırıb

Ağcabədi rayon sakini özünü yandırıb.

"Operativ Media" xəbər verir ki, 26 yaşlı Cavid Ələsgərov ailədaxili məsələlərlə bağlı özünü yandıraraq intihara cəhd edib.

O, ağır vəziyyətdə Ağcabədi rayon Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-nın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O bildirib ki, Ağcabədi rayonunda 1997-ci il təvəllüdlü, rayon sakini Cavid Ələsgərov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özünü yandırıb. O, xəstəxanaya çatdırılıb, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Cavid Ələsgərov Vətən Müharibəsinin iştirakçısı olub.

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi