Avtobus sürücüsü qəza törədib

Nərmin Qocamanlı
Avtobus sürücüsü qəza törədib

Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Operativ Media" xəbər verir ki, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi "Sentra" markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb. 

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər