Şəmkirdə minik avtomobili maneəyə çırpılıb

admin
Şəmkirdə minik avtomobili maneəyə çırpılıb

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki , hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər