24 Noyabr 2022, 19:47
Şəmkir sakini qohumuna tüfənglə atəş açıb
Noyabr ayının 24-də Şəmkir rayon Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da sonuncu heç bir xəsarət almayıb.
"Operativ Media" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un qərb bürosuna verdiyi məlumata görə, hadisə yerindən yayınan N. Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Fakla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.