Xırdalanda ətraf mühiti çirkləndirən sahibkar barəsində protokol tərtib olunub
Xırdalanda ətraf mühiti məişət tullantıları ilə çirkləndirən sahibkar barəsində protokol tərtib olunub.
"Operativ Media" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti birgə tədbir zamanı Xırdalan şəhərində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.
Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net