http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

21 Noyabr 2023 , 13:28
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

"Operativ Media" məlumatına görə, Sərəncamla 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989–2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

İlham Əliyev BƏƏ Prezidentini təbrik edib

İlham Əliyev BƏƏ Prezidentini təbrik edib

Ölkədə qızılcanın anidən yayılmasının səbəbi açıqlanıb

Ölkədə qızılcanın anidən yayılmasının səbəbi açıqlanıb

XƏBƏR LENTİ
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
  • Dünən
    22:27

    Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən
    22:14

    İsrail ordusu Hizbullahın infrastrukturuna hücumlar təşkil edib
  • Dünən
    22:00

    Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib
Menyu