Çin Qəzzaya 4 milyon dollardan çox humanitar yardım edəcək
"Yaxın Şərqdə münaqişənin gərginləşməsindən sonra Çin Qəzza zolağına 4 milyon dollardan çox humanitar yardım göstərib".
"Operativ Media" xəbər verir ki, bunu Çin sədri Si Tsinpin BRİCS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) Yaxın Şərq üzrə fövqəladə sammiti zamanı onlayn çıxışında deyib.
"Çin Fələstin Milli Administrasiyası və BMT mexanizmləri vasitəsilə Qəzzaya 2 milyon dollar dəyərində təcili humanitar yardım göstərib. Misir vasitəsilə Çin Qəzza zolağına 15 milyon yuan (2,1 milyon dollar - red.) dəyərində ərzaq, dərman və digər humanitar ləvazimatlar çatdırıb", - deyə Çin lideri bildirib.
O əlavə edib ki, Çin Qəzza sakinlərinə ehtiyacları əsasında maddi yardım göstərməyə davam edəcək.
Teqlər:
"\u00c7in Q\u0259zzaya 4 milyon dollardan \u00e7ox humanitar yard\u0131m ed\u0259c\u0259k"