Gürcüstan-Rusiya sərhədi istiqamətində minik avtomobilləri üçün hərəkət bərpa olunub
Nərmin Qocamanlı
"Gürcüstan-Rusiya sərhədi istiqamətində minik avtomobilləri üçün hərəkət bərpa olunub".
"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Qeyd olunub ki, qar yağması səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti hələ də qadağandır.
Xatırladaq ki, bir neçə gündür Yuxarı Lars keçid məntəqəsi vasitəsilə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Səbəb isə havaların pisləşməsidir.