Menyu

Dnepropetrovsk vilayəti raket atəşinə tutulub, 6 nəfər xəsarət alıb

Dnepropetrovsk vilayəti raket atəşinə tutulub, 6 nəfər xəsarət alıb

Bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətini raket atəşinə tutub.

"Operativ Media" “Unian“a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin başçısı Valentin Rezniçenko bildirib.

Vilayət başçısı bir neçə nöqtəyə raketlərin düşdüyünü təsdiqləyib. Dnepropetrovsk polisi 7 fərdi yaşayış evinin atəşə məruz qaldığını qeyd edib.

İlkin məlumatlara görə, 6 nəfər xəsarət alıb və onların arasında bir qadının vəziyyəti ağırdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər