Menyu

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 12 nəfər saxlanılıb

Operativ Media
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 12 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Dadaş Bünyadzadə və ətraf ərazilərdə yerləşən küçələrində son 3 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"-ya verilən xəbərə görə, onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq gotürülüb. Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, artıq həmin ərazilərə fasiləsiz xidmət aparan naryad qrupları təhkum olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər