Məktəbdə döyülən şagirdlə bağlı tibbi ekspertiza təyin olunub

Operativ Media
Məktəbdə döyülən şagirdlə bağlı tibbi ekspertiza təyin olunub

Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır.

 

Bu barədə "Operativ Media"-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

 

Bildirilib ki, məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.

 

“Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”, - qeyd olunub.

Digər xəbərlər