Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri, Daxili İşlər, Hərbiyə, Ədliyyə və Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski nəslinin nümayəndəsi vəfat edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat yayıb. O qeyd edib ki, Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun haqq dünyasına qovuşub.