MN: Mövqelərimiz atəşə tutulub

Operativ Media
MN: Mövqelərimiz atəşə tutulub

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

"Operativ Media"nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Digər xəbərlər