Menyu

Lənkəranda 49 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

Lənkəranda 49 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

19:21

Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"L\u0259nk\u0259randa 49 ya\u015fl\u0131 ki\u015fi q\u0259tl\u0259 yetirilib cinay\u0259t i\u015fi ba\u015flan\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər