Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb

admin
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər