http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xətai rayonunda narkotik ticarəti ilə məşğul olan 112 nəfər saxlanılıb

04 Oktyabr 2022 , 16:02
Xətai rayonunda narkotik ticarəti ilə məşğul olan 112 nəfər saxlanılıb

Xətai rayonunda sentyabr ayı ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb onlar barəsində cinayət işləri başlanılıb

 

"Operativ Media" xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov”, “Köhnə Günəşli” qəsəbələri, Məhəmməd Hadi küçəsi, Gəncə prospekti və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün əvvəllər məhkum olunublar. Həmin şəxslərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri onlayn yolla şəxsi istifadələri ilə yanaşı Xətai rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb.

Ümumiyyətlə sentyabr ayı ərzində Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb və onlar barəsində cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu