Zakir Həsənov Muhammad Amcad Xan Niazi ilə görüşüb

Operativ Media
Zakir Həsənov Muhammad Amcad Xan Niazi ilə görüşüb

Dekabrın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazi ilə görüşüb.

"Operativ Media"nın xəbərinə görə, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb

 

Əvvəlcə pakistanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Pakistan İslam Respublikasının müdafiə nazirinin salamlarını çatdıran admiral M.A.X.Niazi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Şəkil Qalereyası

Zakir Həsənov Muhammad Amcad Xan Niazi ilə görüşüb - Şəkil 1
Zakir Həsənov Muhammad Amcad Xan Niazi ilə görüşüb - Şəkil 2

Digər xəbərlər