Sumqayıtın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
“Sumqayıt” QTM-dən ayrılan “Şəhər-4” orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 29.12.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə "Operativ Media"ya “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldərə yaşayış massivi, Sumqayıt-Novxanı şosesi ilə üzbəüz ərazilər, Saray, Novxanı və Corat bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlar) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net