Hərbi Prokurorluq: Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırma aparılır

Operativ Media
Hərbi Prokurorluq: Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırma aparılır

Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 01-02 oktyabr 2022-ci il tarixlərdə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Hərbi Prokurorluqdan "Operativ Media"ya verilən xəbərə görə, həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər