Menyu

Çin ordusu Cənubi Çin dənizində təlimlərə başladı

Çin ordusu Cənubi Çin dənizində təlimlərə başladı
1 dəq oxu

Çin Silahlı Qüvvələri Cənubi Çin dənizində ordunun müxtəlif qolları arasında qarşılıqlı əlaqəni tətbiq etmək üçün təlimlərə başlayıb.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Döyüş Komandanlığının Cənub Zonası məlumat yayıb.

Qeyd edilib ki, təlimlərdə ÇXAO-nun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri iştirak edir. Manevrlərin aparıldığı akvatoriyanın koordinatları göstərilməyib.

Əlaqəli Xəbərlər