Menyu

Hansı vitaminlər görmə qabiliyyətini yaxşılaşdırır?

Nərmin Qocamanlı
Hansı vitaminlər görmə qabiliyyətini yaxşılaşdırır?

Bütün orqanlar kimi gözlərimizin də vücudumuzda özünəməxsus rolu var və  onların sağlamlığını qorumaq ilk şərtdir.

Görmə problemi yaşamamaq üçün vitaminlər qəbul etmək mütləqdir.

Bəs hansı vitaminlər görmə qabiliyyətinin yaxşılaşmasına kömək edir?

384838900_1678514069338661_9186237161585991790_n.jpg?ccb=11-4&oh=01_AdQE6NdJcgc-KcqejDFLB1e4qfp1uzEiJUiWFWXSC4HUnA&oe=65A74BC8&_nc_sid=e6ed6c&_nc_cat=111

Oftalmoloq-həkim Elnarə Məmmədova “Operativ Media”ya bildirib ki, A vitamini gözlər üçün olduqca faydalıdır:

“Gözlərin sağlamlığını qorumaq üçün qida rasionunda xüsusilə tərkibində A vitamini olan ərzaqların istifadəsinə üstünlük verilməlidir. Bunlara əsasən balıq, yağ, bişmiş qarğıdalını misal göstərmək olar. Bu qidaların tərkibindəki vitamin və minerallar görmə qabiliyyətinin yaxşılaşmasına dəstək olur. Həmçinin sarı və narıncı rəngdə olan meyvə-tərəvəzlər də göz üçün ən xeyirli vitamin kompleksi hesab olunur”.

Həkim onu da qeyd edib ki, artıq eynəkdən istifadə edən biri bu qidalar vasitəsilə gözlərindəki problemi müalicə edə bilməz, bu zaman eynəkdən istifadə mütləqdir.

Sevinc İbrahimzadə

Teqlər:

"Hans\u0131 vitaminl\u0259r g\u00f6rm\u0259 qabiliyy\u0259tini yax\u015f\u0131la\u015fd\u0131r\u0131r?"

Əlaqəli Xəbərlər