Menyu

Limit sıfırlanan ayın "qaz pulu" niyə çox gəlib?

Redaksiya 26801 baxış
Limit sıfırlanan ayın "qaz pulu" niyə çox gəlib?

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə qaz pulunun normaldan çox gəlməsi ilə bağlı paylaşımlar edilir. Redaksiyamıza müraciət edən vətəndaşlar deyir ki, aylıq standart ödənişlə son ayın ödənişi arasında 2-3 dəfə fərq var. Üstəlik, bəzi şikayətçilər bildirirlər ki, onlar bayramla əlaqədar hətta bir neçə gün evdə olmayıblar. Əvvəlki aya nisbətən son ayın ödənişinin qat-qat çox gəlməsi onlarda suallar yaradır.

Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə deyir ki, quruma bu halla bağlı kütləvi müraciət daxil olmayıb.

“Kütləvi müraciət yoxdur. Bir neçə müraciət olub ki, o da araşdırılıb. Hər hansısa pozuntu faktı aşkarlanmayıb. Yoxlamalar göstərib ki, vətəndaşların sərfiyyatı bildirişlərdə olduğu kimidir. “Azəriqaz” İstehsalat Birliyində heç kim klaviaturasını götürüb beynindəki hansısa rəqəmi yaza bilməz. Onların hamısı rəsmi qaydada abonentin bazasında olan informasiya əsasında hesablanmış məlumatlardır. Kiminsə şikayəti varsa, müraciət etsin yoxlayaq”.

Qeyd edək ki, müraciət üçün "Azəriqaz"ın qaynar xətti 104/185 nömrələridir.

Teqlər:

"Limit s\u0131f\u0131rlanan ay\u0131n \"qaz pulu\" niy\u0259 \u00e7ox g\u0259lib?"

Əlaqəli Xəbərlər