03 Dekabr 2022, 18:41
Qətl törətməkdə şübhəli bilinən şəxsə cinayət işi açılıb
Qətl törətməkdə şübhəli bilinən şəxsə cinayət işi açılıb şəkil
Qətl törətməkdə şübhəli bilinən şəxsə cinayət işi açılıb

Buzovnada qətl törətməkdə şübhəli bilinən şəxs - Səfərov Nofəl Səfər oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Xəzər rayon məhkəməsi qərar çıxarıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 maddələri irəli sürülüb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Baş prokurorluğun birgə yaydığı məlumatda isə bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib:

"Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Son xəbərlər
Ərdoğan: Gərginliyi dayandırmaq üçün diplomatik səylər ortaya qoyuruq
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub