50 manatlıq xarici dil kursu ilə 2500 manatlıq kursun fərqi nədir?

Redaksiya
50 manatlıq xarici dil kursu ilə 2500 manatlıq kursun fərqi nədir?

Xarici dil bilmək dövrün əsas tələblərindən biridir. Paytaxtda hər büdcəyə uyğun kurs tapmaq mümkündür. Aylıq 50 manatdan başlayan qiymətlər 3 min manata qədər artır. Bəs bu qiymət fərqi nədən yaranır?

 “Operativ Media”ya açıqlama verən kurs rəhbəri Cavid Məmmədov deyir ki, hazırda hər büdcəyə uyğun kurslar var. Amma qiymətlərin baha olması metodika ilə bağlıdır.

“İngilis dili kursları 50 manatdan 2500 manata, rus dili 40 manatdan 350 manata qədər dəyişir. Alman, fransız və yapon dillərini öyrənmək üçün isə minimum qiymət ayda 80 manatdan başlayır. Qiymətlər kursun yerləşdiyi yerdən, kadrların peşəkarlığı, tədris metodikası, dərs vəsaitlərindən asılıdır. Həftədə 3 dəfə bir saatdan 250 dinləmə dərsləri 150 manatdan başlayır. Elə dərs var ki, 3 saat fərqli-fərqli müəllimdən dərs alır. Bu zaman qiymət aylığı 1135 manatdan 2500 manata qədər dəyişir”.

Cavid Məmmədovun sözlərinə görə, kursların ərsəyə gəlməsi və qənaətbəxş nəticələrin əldə olunması böyük zəhmət tələb edir. Ona görə də hər kursda fərqli qiymətlər təklif olunur.

“Ədəbiyyatlar bahadır, hər biri xaricdən gətirilir. Kitablar, testlər avro ilə alındığından bura gəlməyi də baha düşür. Bununla yanaşı, imtahan sistemi də fərqlidir. Biz hər həftə test edirik. Testin monitorinqinin aparılması elə aylıq 14 min manatdır. Fərdi məşğələlələr İELTS almaq istəyənlər üçün qiymət daha yüksək olur. Onlar bilir ki, nəticə lazımdı. Ona görə də, gələcəklərinə pul xərcləyirlər”.

Digər xəbərlər