Suriya üzrə danışıqlar yanvarın 24-25-də Astanada keçiriləcək
Nərmin Qocamanlı
""Astana" formatında Suriya üzrə iyirmi birinci beynəlxalq toplantı yanvarın 24-25-də keçiriləcək".
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
Qeyd edək ki, “Astana” formatına Suriya böhranının həlli prosesinin qarant ölkələri kimi Rusiya, İran, Türkiyə, habelə Suriya hökuməti və müxalifətinin, BMT-nin və müşahidəçi ölkələr – İordaniya , Livan və İraqın nümayəndələri daxildir .