19 Yanvar 2024, 11:40
"Google" yeni funksiyası "Axtarmaq üçün dairə"ni təqdim edəcək
"Google" yeni funksiyası  "Axtarmaq üçün dairə"ni təqdim edəcək şəkil
"Google" yeni funksiyası "Axtarmaq üçün dairə"ni təqdim edəcək

"Google" Android smartfonları üçün “Axtarmaq üçün dairə” adlı yeni axtarış funksiyasını təqdim edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Google Blog" məlumat yayıb.
Yeni funksiya istifadəçilərə ekranda dairə çəkərək vurğuladıqları elementi axtarmaq imkanı verir.

Xüsusiyyətin rəsmi adı "Axtarmaq üçün dairə" (“Circle to Search”) olsa da, istifadəçilər bu axtarış seçimini aktivləşdirmək üçün təkcə oval çərçivə  çəkməli deyil, həmçinin toxuna və ya üzərini cızaraq da axtara bilərlər.

Yenilik cihazın istənilən yerində işləyir, lakin onu aktivləşdirmək üçün Ana Səhifəyə və Axtarış panelinə keçmək lazımdır.

Google bu funksiyanı müxtəlif proqramlar arasında keçid üçün daha alternativ kimi təqdim edir, məsələn, elementlərin görüntülərini çəkib, "Google Lens"ə əlavə edib, daha sonra orada axtarışa vermək əvəzinə bu funksiyadan istifadə etmək daha əlverişlidir.

"Circle to Search" 31 yanvarda bütün dünyada aktivləşəcək və ilkin olaraq, yalnız Pixel 8 seriyası və Samsung Galaxy S24-də əlçatan olacaq.

Son xəbərlər
"Bayer" PSV-nin yarımmüdafiəçisini transfer etdi
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclası keçirilib
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi