51 avroya Almaniya, 77 avroya İstanbul biletləri satışa çıxarıldı

Redaksiya
51 avroya Almaniya, 77 avroya İstanbul biletləri satışa çıxarıldı

"Pegasus" aviaşirkəti Gəncə şəhərindən uçuşlara başlayıb.

“Operativ Media”ya açıqlama verən turizm üzrə ekspert Elgün Babayev deyir ki, hazırda 30 dan çox ölkə və 50-dən çox şəhər üzrə satışa biletlər təklif olunur.

“Azərbaycanlıların ən çox üz tutuğu ölkələr üzrə də biletlər mövcuddur. Növbəti aylarda Türkiyə üçün 77 avroya gediş bileti tapmaq mümkündür. Almaniya üzrə satışa çıxarılan biletlər isə 51 avrodan başlayır. Yay istirahətini Antalyada planlayanlar 114 avro ödəməklə gediş bileti, 130 avroya isə qayıdış biletini ala bilərlər. Əvvəllər Misir turlarının baha olmasını bilet səbəbi ilə izah edirdilər. İndi isə qarşıdakı ayların seçilmiş günləri üzrə 58 avroya bilet tapa bilərlər”.

Ekspertin sözlərinə görə, region hava limanlarının istifadəsinin genişlənməsi turizm sahəsini daha da genişləndirəcək.

“Azərbaycanda ziyana işləyən nə qədər hava limanı var. Gələcəkdə bu uçuşları Qarabağda olan hava limanlarından da etmək olar. Əksər turist rahatlıq axtarmır. Əsas odur ki, ucuz qiymətə səyahət edə bilsin. Avropa ölkələri üçün bu qiymətlər çox yaxşıdır. Sadəcə bileti tarixə görə axtarmaq lazım deyil. Uyğun tarixlərdə ucuz bilet seçməklə xeyli qənaət etmək olur”.

Digər xəbərlər