Menyu

Tesla ABŞ-də 200 min avtomobilini geri çağırır

Tesla ABŞ-də 200 min avtomobilini geri çağırır

Elektrikli avtomobil istehsalçısı Tesla arxa kameranın ekranda görünməsinə mane olan proqram təminatının qeyri-sabitliyi səbəbindən ABŞ-də təxminən 200 min avtomobili geri çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında qeyd edilib.

Bildirilib ki, Tesla 2023-cü il üçün şirkətin tam avtonom 4.0 sistemi ilə təchiz edilmiş bəzi Model S, X və Y avtomobillərini proqram səhvinə görə geri çağırıb.

Açıqlamada proqram təminatının qeyri-sabitliyinin arxa kameranın göstərilməsinə mane ola biləcəyi bildirilib və bu vəziyyətin sürücünün baxış sahəsini azaldacağı və qəza riskini artıracağı vurğulanıb.

Açıqlamada 199 min 575 avtomobilin geri çağırıldığı bildirilib.

Teqlər:

"Tesla AB\u015e-d\u0259 200 min avtomobilini geri \u00e7a\u011f\u0131r\u0131r"

Əlaqəli Xəbərlər