Menyu

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

2024-cü ilin yanvarın 26-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında 2023-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılaraq, müvafiq qərarlar qəbul olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər