Menyu

Himayədar ailə olmağa imkan verməyən xəstəliklər müəyyənləşib

Himayədar ailə olmağa imkan verməyən xəstəliklər müəyyənləşib

Himayədar ailə olmağa imkan verməyən xəstəliklər müəyyənləşib.

"Operativ Media"nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” qərarına dəyişiklik edib. 
Beləliklə, dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi, bütün növ infeksion (yoluxucu) xəstəliklər, lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr, dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları və narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm həm də himayədar ailə olmağa imkan verməyən xəstəliklər olacaq. 

Bundan əvvəl bu xəstəliklər övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklər siyahısında olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər