http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"D vitamini çatışmazlığı depressiyaya səbəb olur" - TERAPEVT

29 Yanvar 2024 , 17:11
"D vitamini çatışmazlığı depressiyaya səbəb olur" - TERAPEVT

İnsan orqanizmi üçün çox vacib olan vitaminlərdən biri D vitaminidir. Günəş işığından və bəzi yağlı qidalardan əldə oluna bilən D vitamini sümük quruluşunun möhkəm saxlanmasında mühüm rol oynayır. Əsasən qış aylarında əksər insanda D vitamini çatışmazlığı tez-tez müşahidə olunur.

Bəs vitamin D çatışmazlığı nədən qaynaqlanır və bu hansı nəticələrə gətirib çıxarır?

Mövzu ilə əlaqədar terapevt Dr. Sübhan Hacıyev "Operativ Media"ya bildirib ki, vitamin D çatışmazlığı insanlarda halsızlıq, yorğunluq, əzələ, sümük ağrıları, sümüklərdə kövrəlmə, ərimə, raxit kimi xəstəliklərlə özünü büruzə verir:

"​Vitamin D insan orqanizmi üçün olmazsa, olmaz vitamindir. Çünki bu vitamin bir çox sistem orqanlarının fəaliyyətində müsbət rol göstərir. Vitamin D təbiətdə D2 erqokalsiferol və D3 xolekalsiferol formasında görülür. Bu vitaminlər bir-birindən sadəcə molekulyar tərkibinə görə fərqlənirlər. D2 erqokalsiferol bitki mənşəli qidalardan, D3 xolekalsiferol isə heyvan mənşəli qidalardan alınır. D vitamini çatışmazlığı depressiv hallar, iltihabi xəstəliklərin tez-tez artması və yoluxucu xəstəliklərə daha tez məruz qalmaq, dəri piqmentasiyası, saç tökülməsi, dırnaq zədələnmələri, ümumi halsızlıq kimi simptomlarla özünü göstərir. Vitamin D-nin əsas funksiyası kalsium-fosfor mübadiləsinin tənzimlənməsidir. Bu səbəbdən vitamin D çatışmazlığı zamanı kalsium maddəsi insan orqanizmində çox aşağı səviyyələrə düşür və nəticədə sümüklərdə kövrəlmə və osteoparoz əmələ gəlir. Eyni zamanda damarlarda xolesterin maddəsinin yığılıb qalmasına gətirib çıxarır və nəticədə ateroskleroz xəstəliyi əmələ gəlir ki, bu da ürək və beyin damarlarının tutulması nəticəsində ürək infarktı və beyin infarktı kimi ağır xəstəliklərlə qarşımıza çıxır.

Vitamin D eyni zamanda immunomodulyator bir effekti vardır. Buna görə də vitamin D çatışmayan insanlarda immun sistemi çox zəif olur və onlar respirator infeksiyalara daha çox məruz qalırlar. Vitamin D eyni zamanda anti-stress hormonudur və onun əskikliyi zamanı insan orqanizmində xoşbəxtlik hormonu olan serotoninin ifrazı azalır və bu insanlar daha çox apatiyaya, yorğunluğa və depressiyaya meyilli olurlar. Eyni zamanda bədəndə D vitamini az olanda əzələ ağrılarına, halsızlıqlara, tez yorulmalara, fiziki yüklənmələrə qarşı gücsüzlüyə qədər gətirib çıxara bilir".

Həkim D vitamininin necə qəbul edilməsinindən də danışıb: 

"D vitamini daha çox günəş şüalarından alınır. Bunun üçün xüsusilə də yay aylarında günün birinci yarısı bədənin 60 faizi açıq olmaq şərtilə 20-25 dəqiqə ərzində günəş şüaları almaq lazımdır. Qidalara gəldikdə isə süd və süd məhsulları, xüsusilə də kəsmik, pendir, yumurta sarısı, eyni zamanda balıq və ət məhsullarında, qaraciyərdə bu vitamin bolluq təşkil edir. Vitamin D defisiti zamanı isə qan nəticələrinin göstəricilərinə görə həkimlər tərəfindən kapsul və yaxud yağ formasında təyin olunur. Bu dərmanların da dozaların seçilməsi qan nəticələrinin göstəricilərinə, insanların çəkisinə, yaşına görə tənzimlənir".

Terapevt qeyd edib ki, öz qan analizlərinin nəticəsini bilməyən şəxslər D vitaminini kapsul şəklində içə bilərlər. Çünki inyeksion formada olan D vitaminləri heç bir protokola uyğun dozalar deyil və qaraciyər, böyrək patologiyaları yarada bilərlər".

OXŞAR XƏBƏRLƏR
Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb

Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Şəkidə iki nəfər güllələndi

Şəkidə iki nəfər güllələndi

XƏBƏR LENTİ
  • 20:44

    NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
  • 20:05

    Mayın 5-6-da maqnit qasırğası olacaq
  • 19:18

    Prezident: İqlim problemlərinin həllinə töhfə üçün səylərimizi əsirgəməməliyik
  • 19:00

    Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb - YENİLƏNİB
  • 18:52

    Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov
  • 18:43

    Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb
    Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb
  • 18:24

    Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
  • 18:21

    Şəkidə iki nəfər güllələndi
    Şəkidə iki nəfər güllələndi
Menyu