Menyu

Putinin gəliri və əmlakı açıqlanıb

Redaksiya
Putinin gəliri və əmlakı açıqlanıb
1 dəq oxu

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin əmlakı haqqında məlumat dərc edib.

"Operativ Media" RİA-ya istinadən xəbər verir ki, Putinin 6 il ərzində ümumi gəliri 67 milyon 591 min 875 rubl (750 min ABŞ dolları) təşkil edib.

Məlumatda həmçinin Sankt-Peterburqda bir mənzil (77 kvadratmetr) və qaraj (18 kvadratmetr) göstərilir.

Həmçinin üç avtomobil - 1960-cı ildə istehsal olunan QAZ M21, 1965-ci ildə istehsal olunan QAZ M21, 2009-cu ildə istehsal olunan "Niva", avtomobil qoşqusu da Putinin əmlakları siyahısındadır.

Onun ümumilikdə 54 416 604,52 rubl (təxminən 604 min ABŞ dolları) dəyərində 10 bank hesabı və PJSC Bank Sankt-Peterburqun 230 səhmi var (bir səhmin nominal dəyəri 11,81 rubl).

Putinin Moskvada mənzili (153,7 kvadratmetr) və Sankt-Peterburqda müddətsiz istifadə üçün dayanacağı (18 kvadratmetr) var.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər