"Samsung Electronics"in xalis mənfəəti dörd dəfə azalıb
Nərmin Qocamanlı
"Samsung Electronics"in 2023-cü ildə qazancı 3,8 dəfə azalaraq 11 milyard dollar təşkil edib.
"Operativ Media" xəbər verir ki, Cənubi Koreyanın elektronika istehsalçısı "Samsung Electronics" şirkətinin səhmdarlarına aid olduğu xalis mənfəəti ötən il təxminən 3,8 dəfə azalaraq 14,473 trilyon von (təxminən 10,9 milyard dollar) təşkil edib.
Hesabat dövründə gəlir 14,3% azalaraq 258,936 trilyon von (194,8 milyard dollar), əməliyyat mənfəəti isə əvvəlki illə müqayisədə 6,6 dəfə azalaraq 6,567 trilyon von (4,9 milyard dollar) təşkil edib.
Şirkətin dördüncü rübdə xalis mənfəəti 3,9 dəfə azalaraq 6,024 trilyon von (4,5 milyard dollar), gəliri isə 3,8% azalaraq 67,78 trilyon von (51 milyard dollar) təşkil edib. Əməliyyat mənfəəti bir il əvvəllə müqayisədə 34,4% azalaraq 2,825 trilyon vona (2,1 milyard dollar) çatıb.