http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Su yolu ilə yayılan xəstəliklərdən necə qorunmaq olar?

31 Yanvar 2024 , 10:37
Su yolu ilə yayılan xəstəliklərdən necə qorunmaq olar?

Həyatın əsas ehtiyacı olan su və qidanın istehsal prosesindən istehlakına qədər olan bütün mərhələlərdə gigiyenik şərtlər nəzərə alınmalıdır. Əks halda bəzi xəstəliklər bu şəriatdə yayılaraq sağlamlıq üçün ciddi təhlükə mənbəyinə çevrilir. Xüsusilə su çirklənməyə ən asan məruz qalan maddədir. Çirkab sular yolu ilə yayılan bakteriyalar isə immuniteti zəif olan insanlarda ciddi infeksiyalara səbəb ola bilər.

Bəs su ilə yayılan xəstəliklər hansılardır və onlaran necə qorunmaq lazımdır? 

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Operativ Media"ya açıqlama verib.

Təyyar Eyvazov: "İmmun sistemini məqsədyönlü şəkildə "gücləndirməyə"  ehtiyac yoxdur"

O qeyd edib ki, xəstəliklərdən qorunmağın ən vacib şərti təmizliyə riayət etməkdir:

"Su vasitəsilə ötürülərək ən çox yayılan infeksion xəstəliklər bakterial (vəba, salmonellyoz, dizenteriya, bağırsaq yersinyozu, eşerixioz, qarın yatalağı və paratiflər və s.), ibtidailər (amebiaz, lyamblioz, kriptosporidioz və s.), viruslar (adenoviruslar, enteroviruslar, hepatit A , hepatit E, norvalk virusu, rotavirus səbəbli diareyalar və s.) tərəfindən törədilir. Bu infeksiyalara su qəbulu vasitəsi ilə yoluxmamaq üçün birinci növbədə suyu qaynadıb içmək tövsiyə olunur. Bundan başqa meyvə, tərəvəz, göyərti və bu kimi digər qidaları qəbul etməzdən əvvəl onları yaxşı yumaq lazımdır.

Bu qida maddələrinin xəstəliktörədən mikroblarla çirklənməsi təmiz olmayan su ilə onların suvarılması nəticəsində baş verir. Tərəvəzləri, meyvələri və qabları gölməçə suyu ilə yumaq olmaz. Suyu bəzi iri ölçülü mikroorqanizmlərdən təmizləmək üçün çox kiçik məsaməli filtrlərdən istifadə oluna bilər. Bundan başqa icazə verilən su hövzələrində çimmək, üzgüçülük zamanı suyu udmamaq, yeməkdən əvvəl, tualetdən istifadə etdikdən, gəzintidən sonra, heyvanlarla təmasdan sonra əlləri yalnız təmiz su və sabunla yumaq lazımdır".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb

Bakıda bıçaqlanma olub, yaralı xəstəxanada ölüb

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • 23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • 23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • 23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • 22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • 22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
  • 22:46

    Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru ilə görüşüb - YENİLƏNİB
  • 22:18

    Azərbaycan və Pakistan XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB
Menyu