Menyu

Prezident "Dövlət ehtiyatları haqqında" Qanunu təsdiqləyib

Nərmin Qocamanlı
Prezident "Dövlət ehtiyatları haqqında" Qanunu təsdiqləyib

Prezident İlham Əliyev "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Dövlət ehtiyatları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.

Ələt azad iqtisadi zonasında dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.

 Qanun layihəsi 4 fəsil və 14 maddədən ibarətdir.

 

Teqlər:

"Prezident \"D\u00f6vl\u0259t ehtiyatlar\u0131 haqq\u0131nda\" Qanunu t\u0259sdiql\u0259yib"

Əlaqəli Xəbərlər