Menyu

Yorğunluq və ya tənbəllik: İşə marağı itirməyin səbəbləri nələrdir?

Nərmin Qocamanlı
Yorğunluq və ya tənbəllik: İşə marağı itirməyin səbəbləri nələrdir?

Bəzən insanlar hər nə qədər sevdikləri işdə çalışsalar da, zaman-zaman öz işlərindən bezir, heç ə etmək istəmir, bir sözlə, həvəssiz yanaşırlar. Bu bitkinlik halı iş fəaliyyətindən kənarda da özünü tənbəllik və yorğunluqla göstərməyə davam edir.

Bəs bu problemin kökündə yatan səbəb nədir və onu necə aradan qaldırmaq mümkündür?

Mövzu ilə əlaqədar psixoloq Ülviyyə Murtuzova "Operativ Media"ya açıqlamasında qeyd edib ki, yorğunluq, tənbəllik və yaxud işə marağı itirməyin səbəbləri, əslində, depressiyadır:

"Depressiyanın əsasən üç növü var: aşağı, orta və ağır depressiya. Ətrafa olan maraq və zövq dairələrinin azalması, tez yorulma və tükənmə kimi əlamətlər depressiyanın göstəricisidir və onu yaradan səbəbdir. Bu hallar çalışdığı işə qarşı marağın azalması, işə qarşı olan həvəsin itməsi, işə getməmək kimi hisslərin ortaya çıxması ilə müşahidə edilir. Təbii ki, bunu aradan qaldırmaq mümkündür. İnsanın depressiyaya düşməsi bir və ya bir neçə vəziyyətdən irəli gələn psixoloji pozuntudur. Anidən insan müəyyən bir ayların, illərin yığılmış travmasının partlayışı, işini itirmə qorxusu, doğma birini itirdikdən sonra bunu qəbul edə bilməmək, hansısa bir yanlış hərəkəti edib sonradan özünü bağışlamamaq və ya günahlandırma hissi kimi səbəblər insanı depressiyaya salır".

Psixoloq bildirib ki, bu cür problemləri danışıq terapiyaları vasitəsilə həll etmək mümkündür:

"Müəyyən ağır göstəricilər var ki, onlar psixiatrın yazdığı müəyyən dərmanların qəbulu ilə paralel şəkildə aparılır. Əks halda şəxs sosiallıqdan kənarlaşır, cəmiyyətdən təcrid olunur və sonda özü-özündən təcrid olunur ki, bu da artıq çox ciddi bir haldır, çünki ardınca başqa pozuntuları da gətirə bilər. Zamanında müdaxilə və peşəkar mütəxəssis yanına getmək bu cür problemlərin aradan qalxmasına kömək edir".

Teqlər:

"Yor\u011funluq v\u0259 ya t\u0259nb\u0259llik: \u0130\u015f\u0259 mara\u011f\u0131 itirm\u0259yin s\u0259b\u0259bl\u0259ri n\u0259l\u0259rdir?"

Əlaqəli Xəbərlər