Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Zaporojya vilayətində cəbhə xəttində olan əsgərlərə baş çəkib.
“Operativ Media” xarici KİV-lərə istinadən xəbər verir ki, Zelenski döyüş xəttində yerləşən Robotyne kəndi yaxınlığında əsgərlərlə görüşü zamanı onlara medallar təqdim edib.
Əsgərlərin yanında olmaqdan şərəf duyduğunu deyən Zelenski, onların düşməni dəf etmək və Ukraynanı müdafiə etmək kimi çətin və kritik bir missiyası olduğunu izah edib.
Qeyd edək ki, ölkənin cənub-şərqində yerləşən Robotin qəsəbəsi ötən ilin avqustun sonlarında Rusiya qüvvələrinə qarşı əks-hücum zamanı Ukrayna ordusu tərəfindən azad edilib.